29 Oktyabr 2025, 10:44
FUTBOL
Moskva "Dinamo"sunun azərbaycanlı futbolçusu Ülvi Babayev Rusiyanın gənclərdən ibarət milli komandasına dəvət olunub.
Moskva "Dinamo"sunun azərbaycanlı futbolçusu Ülvi Babayev Rusiyanın gənclərdən ibarət milli komandasına dəvət olunub.
Matc.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.
21 yaşlı vingerin adı 38 nəfərlik heyətə daxil edilib.
Rusiya yığması noyabrın 12-də, 15-də və 18-də müvafiq olaraq İran, Qırğızıstan və Bəhreynin U-23 kollektivi ilə üz-üzə gələcək.
Qeyd edək ki, AFFA Ülvi Babayevi Azərbaycan milli komandasına cəlb etmək üçün onunla danışıq aparır.












_1761735078.jpg)