İtaliya A Seriyasında 9-cu turun oyunları davam edir.

Matc.az xəbər verir ki, lider "Napoli" səfərdə "Leççe"nin qonağı olub. Qarşılaşma Neapol təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 21-ə yüksəldən "Napoli" liderliyini davam etdirir. 6 xalı olan "Leççe" isə 16-cı yerdədir.

"Leççe" - "Napoli" 0:1
Qollar:
Zambo Anqissa, 69

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest