28 Oktyabr 2025, 22:00
FUTBOL
PSJ mərkəz müdafiəçisi Villiam Paço ilə yeni müqavilə imzalamağı planlaşdırır.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, tərəflər artıq yeni müqavilənin əsas şərtləri barədə razılığa gəliblər və ilin sonuna qədər rəsmi təsdiq gözlənilir. Yeni müqavilə beş illikdir.
Qeyd edək ki, 24 yaşlı ekvadorlu bu mövsüm PSJ-də 15 oyunda iştirak edib və bir qol vurub.












