“Çelsi”nin baş məşqçisi Entso Mareska hücumçu Liam Delapin zədəsini tam sağaltdığını təsdiqləyib.

Matc.az xəbər verir ki, italyan mütəxəssis futbolçunun Liqa Kubokunun "Vulverhempton"la matçında iştirak edəcəyini bildirib:

“Liam komandaya qayıdıb və sabah meydana çıxmağa hazırdır. Amma o, bütün 90 dəqiqəni oynayacaq vəziyyətdə deyil, çünki bir neçə ay komandadan kənarda qalıb.
Onu oyuna ehtiyatla qaytarmaq lazımdır”.

“Çelsi” 22 yaşlı hücumçunu yayda “İpsviç” klubundan transfer edib. Delap bu mövsüm Premyer Liqada cəmi üç oyun keçirib və hələ ki qol vurmayıb.

Liqa Kubokunun 1/8 final mərhələsində “Vulverhempton”la qarşılaşma oktyabrın 29-da Bakı vaxtı ilə saat 23:45-də baş tutacaq.

Qeyd edək ki, "Çelsi" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibidir. Komandalar arasındakı oyun noyabrın 5-də Bakıda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest