28 Oktyabr 2025, 15:57
FUTBOL
“Mançester Yunayted” AİK-in 16 yaşlı hücumçusu Kevin Fillingin transferi ilə bağlı konkret danışıqlara başlayıb.
Matc.az xəbər verir ki, bu barədə “Sky Sport”un jurnalisti Florian Plettenberq məlumat verib.
Mənbənin məlumatına görə, transfer artıq qış fasiləsində baş tuta bilər. Müqavilənin təxmini dəyəri təqribən 3 milyon avro olaraq qiymətləndirilir.
İsveçli gənc futbolçuya bir neçə Bundesliqa klubu da maraq göstərir, lakin hazırda onun transferində əsas favorit “Mançester Yunayted” hesab olunur.
Kevin Fillinq cari mövsümdə 10 oyunda meydana çıxıb və 3 qol vurub.












