"Bayer"in heyətində ciddi itki baş verib.

Matc.az xəbər verir ki, Ezekiel Fernandes sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Argentina millisinin üzvü dizindən zədələnib. 23 yaşlı dayaq yarımmüdafiəçisi 7-8 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Ezekiel Fernandes bu mövsüm "Bayer"in heyətində 8 rəsmi matçda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest