28 Oktyabr 2025, 12:28
FUTBOL
“İnter Mayami”nin hücumçusu Lionel Messi MLS-in ən dəyərli futbolçusuna verilən Landon Donovan adına mükafat üçün namizədlər siyahısına daxil edilib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
38 yaşlı argentinalının rəqibləri “Los-Anceles”dən Dennis Bunqa, “San-Dieqo”dan Anders Dreyer, “Sinsinnati”dən Evander və “Neşvill”dən Sem Sarric olub.
Qeyd edək ki, daha əvvəl Messi MLS-in müntəzəm mövsümünün ən yaxşı bombardiri seçilərək 29 qol vurub. Onun aktivində, həmçinin, 28 oyunda 19 qol ötürməsi var.
Yaxın günlərdə “İnter Mayami” MLS-in pley-off mərhələsinə uğurlu start verib. Komanda 1/8 finalın ilk oyununda “Neşvill”i 3:1 hesabı ilə məğlub edib. Cavab görüşü noyabrın 2-də keçiriləcək.



_1761661036.jpg)








