Türkiyənin "Gənclərbirliyi" klubu baş məşqçi Hüseyin Eroğlu ilə yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

52 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Hüseyin Eroğlu ötən ilin dekabr ayında "Gənclərbirliyi"nin baş məşqçisi postuna təyin olunmuşdu. Ankara təmsilçisi Super Liqada 10 turdan sonra 8 xal toplayıb və turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest