"Seltik" baş məşqçi Brendan Rocerslə yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə Şotlandiya klubunun mətbuat xidməti məlumat yayıb.

İrlandiyalı məşqçi uğursuz nəticələrə görə istefaya göndərilib. 52 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Brendan Rocers 2023-cü ilin yayından "Seltik"i çalışdırırdı. Komanda ölkə çempionatında 9 turdan sonra lider "Harts"dan 8 xal geri qalmaqla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest