"Real"ın müdafiəsi çox güclü idi. Hücumda da hər an qol vura biləcəklərini hiss etdirirdilər".
"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger dünən baş tutan "Real" - "Barselona" matçını dəyərləndirib.
Matc.az xəbər verir ki, fransalı mütəxəssis "El Klasiko"da Madrid təmsilçisinin daha təhlükəli olduğunu bildirib:
"El Klasiko" uşaqlarla kişilərin dueli idi. "Real"ın müdafiəsi çox güclü idi. Hücumda da hər an qol vura biləcəklərini hiss etdirirdilər. "Barselonaa" isə topa sahib idi, amma təhlükəli görünmədilər. Hücum xəttində Robert Levandovski ilə Rafinyta yox idilər. İkisi də təcrübəli oyunçudur. Onların yoxluğu "Barselona"nın hücum planına çox təsir etdi".
Qeyd edək ki, "Real" - "Barselona" qarşılaşması meydan sahiblərinin 261 hesablı qələbəsi ilə başa çatıb.




_1761598465.jpg)

_1761592149.jpg)


_1761586939.jpg)
_1761586541.jpg)

