"Vest Hem" Mohamadu Kantenin müqaviləsinin müddətini artırıb.

Matc.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

Fransalı dayaq yarımmüdafiəçisi ilə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan sözləşmə imzalanıb.

Qeyd edək ki, Mohamadu Kante "Vest Hem"in gənclər komandasında çıxış edir. 20 yaşlı futbolçu ötən mövsüm icarə əsasında Fransada "Paris"in formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest