"Beşiktaş" yayda transfer edə bilmədiyi "Kristal Pelas"ın yarımmüdafiəçisi Cefferson Lerma üçün yenidən hərəkətə keçəcək.

Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.

İstanbul nəhəngi kolumbiyalı futbolçunu yanvar ayında heyətinə qatmağı planlaşdırır. Klubun prezidenti Serdal Adalı İngiltərəyə gedərək 30 yaşlı dayaq yarımmüdafiəçinin klubu ilə danışıqlar aparacaq. Təcrübəli oyunçu özü Türkiyədə oynamağa isti yanaşır.

Qeyd edək ki, Cefferson Lerma bu mövsüm ""Kristal Pelas"In heyətində 13 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest