Misli Premyer Liqasında 8-ci tura start verilir.

Matc.az xəbər verir ki, milli fasilədən sonrakı turun oyunları 3 gün ərzində baş tutacaq.

İlk oyun Şamaxıda keçiriləcək. Burada şəhərin eyniadlı komandası "Kəpəz"i qəbul edəcək. Qarşılaşma saat 14:30-da start götürəcək. Meydan sahibləri 7 turdan sonra 9 xal toplayıb və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Gəncə təmsilçisi isə bütün oyunlarda uduzub və sonuncu yerdədir.

Günün ikinci oyunu "Azersun Arena"da təşkil olunacaq. Nominal meydan sahibi "Turan Tovuz" "Qarabağ"la üz-üzə gələcək. Kurban Berdiyevin rəhbərlik etdiyi kollektiv 15 xalla çempionatın lideridir. Ağdam təmsilçisi isə bir oyun az keçirib və 13 xalla 3-cü sıradadır. Matçın start fiti saat 19:00-da səsləndiriləcək.

Turun ikici gününün ilk görüşü Quba Olimpiya İdman Kompleksinin stadionunda olacaq. Meydan sahibi "İmişli" "Qəbələ"ni sınağa çəkəcək. Oyun saat 14:30-da başlayacaq. Debütant "İmişli" 7 turdan sonra 8 xalla 8-ci yerdədir. Bir illik fasilədən sonra ellitaya qayıdan "Qəbələ" isə 4 xal toplayıb və turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Çempionata uğurlu start verən, son turlarda isə xallar itərən "Sumqayıt" doğma meydanda "Karvan-Yevlax"la qarşılaşacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq oyunun startı saat 18:00-da planlaşdırılıb. Saşa İliçin rəhbərlik etdiyi kollektiv 6-cı yerdədir. Onların 11 xalı var. Yevlax təmsilçisi 5 xalla 11-ci pillədədir.

7-ci tura ayın 19-da yekun vurulacaq. "Sabah" "Bank Respublika Arena"da "Zirə"ni qəbul edəcək. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandaların duelisaat 16:00-da başlayacaq. Qonaqlar 13 xalla turnir cədvəlinin 4-cü pilləsində yer alıb. 11 xal toplayan "Sabah" isə 5-cidir.

Son qarşılaşma "Palms Sports Arena"da baş tutacaq. Burada ev sahibi "Neftçi" ilə "Araz-Naxçıvan" müansibətlərə aydınlıq gətirəcək. Görüşün start fiti 18:30-da səsləndiriləcək. "Araz-Naxçıvan" 7 turdan sonra  14 xal toplayıb və liderdən 1 xal geri qalmaqla 2-ci sıradadır. Mövsümə uğursuz başlayan "Neftçi" isə 9-cudur. Onların aktivində 8 xal var.

Misli Premyer Liqası

VIII tur

17 oktyabr (cümə)

“Şamaxı”– “Kəpəz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əkbər Əhmədov
VAR: Rəşad Əhmədov
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Asim Xudiyev 
AFFA nümayəndəsi: Azər Əsgərov
Şamaxı şəhər stadionu, 14:30

“Turan Tovuz” – “Qarabağ” 
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
“Azersun Arena”, 19:00

18 oktyabr (şənbə)

“İmişli” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov
VAR: Tural Qurbanov
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Quba OİK stadionu, 14:30

“Sumqayıt” – “Karvan-Yevlax”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamran Əliyev
VAR: Əli Əliyev
AVAR: Əliyar Ağayev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
M.H. adına Sumqayıt şəhər stadionu, 18:00

19 oktyabr (bazar) 

“Sabah” – “Zirə”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev
VAR: Rauf Cabarov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: İmanxan Sultani 
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bank Respublika Arena”, 16:00

“Neftçi” – “Araz-Naxçıvan”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Nicat İsmayıllı
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Palms Sports Arena”, 18:30

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest