İndoneziya Futbol Federasiyası baş məşqçi Patrik Klyuvertlə yollarını ayırıb.

Matc.azxəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Niderlandlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Patrik Klyuvert bu ilin yanvar ayında İndoneziya yığmasının baş məşqçisi postuna təyin olunmuşdu.Komanda onun rəhbərliyi altında DÇ-2026-ya vəsiqə qazana bilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest