"Nefçi"nin məşqçi və futbolçu heyəti üçün seminar keçirilib.

Matc.az klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Palms Sports" Futbol Mərkəzində təşkil olunan tədbir AFFA-nın Hakimlər Komitəsinin mütəxəssisi Orxan Məmmədovun iştirakı ilə baş tutub.

Seminarda komandanın üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verilib, maarifləndirici videolar təqdim olunub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest