"Yuventus" "Milan"ın və Fransa millisinin əsas qapıçısı Mayk Menyanla maraqlanır.

Matc.az xəər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Təcrübəli qolkiperin "Milan" ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir və hələ də yenilənməyib. 30 yaşlı fransalı futbolçunun hazırkı klubundan azad agent kimi ayrılacağı ehtimalı yüksəkdir.

"Yuventus" gələn yay qapıçı ilə müqavilə imzalayaraq bundan yararlanmağa çalışır. Turinlilər qapıçısı Mişel Di Qreqorionun oyunundan narazıdır.

Bununla belə, Menyanın transferi "Yuventus" üçün çətin olacaq. Qapıçı ilə "Çelsi" və "Bavariya" da maraqlanır. Onun transfer dəyəri hazırda 25 milyon avro qiymətləndirilir. Bu mövsüm fransalı yeddi klub matçında üç qol buraxıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest