10 Oktyabr 2025, 14:59
FUTBOL
İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı məşqçisi məlum olub.
Matc.az xəbər verir ki, "Kristal Pelas"ı çalışdıran Oliver Qlasner ötən ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Avstriyalı mütəxəssis azarkeşlər və mütəxəssislərin səslərinə əsasən qalib olub.
Qeyd edək ki, "Kristal Pelas" sentyabr ayında Premyer Liqada keçirdiyi 3 oyunda 2 qələbə qazanıb, 1 heç-heçə edib.












