09 Oktyabr 2025, 20:38
FUTBOL
Beynəlxalq Futbol Federasiyası (FIFA) 2034-cü ilin noyabr və dekabr aylarında baş tutacaq müqəddəs Ramazan ayı ilə əlaqədar Səudiyyə Ərəbistanında baş tutacaq 2034-cü il dünya çempionatını 2035-ci ilin yanvarına keçirilə bilər.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Bildirilir ki, 2034-cü il dünya çempionatı yayda keçirilə bilməz, çünki ilin həmin vaxtında Səudiyyə Ərəbistanında temperatur 52°C-ə çatır.
2034-cü il dünya çempionatının qışda keçiriləcək ikinci olacağı gözlənilir. Qışda baş tutan ilk dünya çempionatı 2022-ci ildə Qətərdə keçirilib.












