"Qalatasaray" mövsümün sonunda klubla müqaviləsi başa çatan Okan Burukla yola davam edəcək.

Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.

İstanbul təmsilçisi Burukla 1+2 illik yeni sözləşmə imzalayacaq. 51 yaşlı mütəxəssisin illik maaşı 4 milyon avro olacaq.

Qeyd edək ki, Okan Buruk 2022-ci ilin yayında "Qalatasaray"ın baş məşqçisi təyin olunub. "Sarı-qırmızılar" onun rəhbərliyi altında ardıcıl 3 mövsümdə çempion olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest