PSJ 18 yaşlı ön xətt oyunçusu üçün 230 milyon avroluq təklif göndərməyi planlaşdırır.

PSJ "Barselona"nın futbolçusu Lamin Yamalı transfer etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Defensa Central" məlumat yayıb. 

Fransa nəhəngi ispaniyalı vinger üçün rekord məbləğdə təzminat ödəməyə hazırdır. PSJ 18 yaşlı ön xətt oyunçusu üçün 230 milyon avroluq təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, Lamin Yamal "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü olan gənc futbolçu bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 5 rəsmi matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest