08 Oktyabr 2025, 21:50
FUTBOL
İspaniya La Liqasının "Barselona" – "Vilyarreal" oyunu ABŞ-ın Mayami şəhərində keçiriləcək.
Matc.az xəbər verir ki, bu barədə La Liqanın mətbuat xidməti məlumat yayıb.
Bu, İspaniya çempionatı tarixində ölkədən kənarda keçiriləcək ilk oyun olacaq.
Qeyd edək ki, qarşılaşma 20 dekabr 2025-ci ildə "Hard Rok" stadionunda keçiriləcək.