“Barselona” hələ də "Kamp Nou"da oyun keçirməyə icazə ala bilmir.

Matc.az xəbər verir ki, Kataloniya təmsilçisi La Liqanın 9-cu turunun “Jirona” ilə oyununu Olimpik Lyuis Kompanis stadionunda keçirəcək. Görüş oktyabrın 18-də baş tutacaq.

Şəhər hakimiyyəti hələ də klubun əsas arenada matç keçirməsinə icazə verməyib.

Xatırladaq ki, "Barselona" sonuncu rəsmi oyununu "Kamp Nou"da 2023-cü ilin may ayında keçirmişdi. Bundan sonra stadionda yenidənqurma işləri başlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest