"Arsenal" ispaniyalı qapıçı David Rayanın maaşını artırıb.

Matc.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilir ki, 30 yaşlı ispaniyalı qolkiper bu yay "Arsenal"la yeni müqavilə barədə anlaşsa da, London klubu yeni müqavilənin imzalandığını hələ də açıqlamayıb.

Yeni müqavilə əvvəlki ilə eynidir - 2028-ci ilin yayına qədər. Lakin sövdələşmədə Rayanın maaşı artımı nəzərdə tutulub.

Xatırladaq ki, Raya 2023-cü ilin yayından "Arsenal"dadır. "Topçular" onu əvvəlcə "Brentford"dan 3,5 milyon avroya icarəyə götürüb, bir il sonra isə 31,9 milyon avroya alıb. Onun hazırkı transfer dəyəri 40 milyon avro qiymətləndirilir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest