İspaniya La Liqasında VIII turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, "Barselona" səfərdə "Sevilya"ya darmadağın olub.

Kataloniya təmsilçisi 4:1 hesabı ilə ağır məğlubiyyət alıb. Bu məğlubiyyətlə "Barselona" hazırda turnir cədvəlinə liderlik edən "Real"ı qabaqlamaq imkanını itirib.

Qeyd edək ki, Madrid klubunun 21 xalı var. "Barselona" isə 19 xalla ikinci sırada qərarlaşıb.

La Liqa
VIII tur
5 oktyabr

"Sevilya" ­– "Barselona" - 4:1
Qollar:
Sançes, 13 (pen), Romero, 36, Karmona, 90, Adams, 90+6 // Raşford, 45+7

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest