"Bavariya"nın qapıçısı "Ayntraxt"ı məğlub etdikdən sonra Tomas Müllerin Bundesliqadakı qələbə sayına bərabər olub.

Matc.az xəbər verir ki, bu barədə "Transfermarkt" məlumat yayıb.

Almaniya çempionatının 6-cı turunda "Bavariya" səfərdə Frankfurt klubunu 3:0 hesabı ilə məğlub edib. Bu, Manuel Noyerin 529-cu oyunu, 362-ci qələbəsi olub. Qeyd edilən nəticədən sonra, Noyerin keçmiş komanda yoldaşı Tomas Müllerlə göstəriciləri bərabərləşib.

Reytinqdə üçüncü yeri 557 matçda 310 qələbə ilə digər alman qapıçı Oliver Kan tutur.

İlk "10-luq"da həmçinin Lam, Hummels, Matteus, Meyer, Kaltz və iki legioner qapıçı Robert Levandovski ilə Klaudio Pizarro yer alıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest