"Məncə, hamı epizodu gördü. Matçdan sonra mən də epizodun videosuna baxdım".
"Oyun haqqında nə deyim? Yaşananlar utancvericidir".
Matc.az xəbər verir ki, bu sözləri "Neftçi"nin hücumçusu Alessio Kurçi Misli Premyer Liqasının 7-ci turunda səfərdə "Zirə" ilə heç-heçə (2:2) etdikləri oyun barədə danışarkən deyib.
Lüksemburqlu futbolçu komandasının qələbəyə layiq olduğunu bildirib: "Yekunda 2:2 hüsabı qeydə alınsa da, biz qələbəyə layiq idik. İkinci hissədə geridönüş etdik. Ardıcıl qollar vurub hesabda önə keçdik. Təəssüf ki, son dəqiqələrdə qapımıza təyin olunan penalti 2 xal itirməyimizə səbəb oldu".
Kurçi son dəqiqələrdə "Neftçi"nin qapısına təyin olunan penaltini biabırçı adlandırıb: "Məncə, hamı epizodu gördü. Matçdan sonra mən də epizodun videosuna baxdım. Bu, penaltidirsə, mən futbolla vidalaşaram".
(Futbolxeber.az)












