03 Oktyabr 2025, 13:55
FUTBOL
"Atletik"in futbolçusu Oyan Sanset karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
"Nyukasl" İspaniya millisinin üzvünü transfer etmək istəyir. "Sağsağanlar" yanvar ayında 25 yaşlı hücumameyilli yarımmüdafiəçini heyətinə qatmağa çalışacaq.
Oyan Sanset bu mövsüm "Atletik" forması ilə meydana çıxdığı 7 oyunda 11 qol vurub.
Qeyd edək ki, "Atletik" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibidir. Komandalar III tur çərçivəsində 21 oktyabr tarixində İspaniyada üz-üzə gələcək.












