02 Oktyabr 2025, 12:32
FUTBOL
"Tottenhem" mövsümün sonunda müqaviləsi başa çatan Rodriqqo Bentankuru komandada saxlayacaq.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
London təmsilçisi Uruqvay millisinin üzvü ilə yeni sözləşmə imzalayacaq. 28 yaşlı dayaq yarımmüdafiəçisi klubun təklifini qəbul edib.
Qeyd edək ki, Rodriqo Bentankur bu mövsüm "Tottenhem"in heyətində 9 oyunda meydana çıxıb.












