26 May 2026, 14:57
FUTBOL
Mikele Di Qreqorio "Yuventus"u tərk edə bilər.
Matc.az xəbər verir ki, bu barədə "La Stampa" nəşri məlumat yayıb.
Turin təmsilçisi qapıçını təxminən 15 milyon avroya satmağa hazırdır və artıq potensial alıcılar axtarır.
28 yaşlı qolkiperin karyerasını davam etdirə biləcəyi variantlardan biri kimi "Atalanta" göstərilir. Bu transferdə vaxtilə "Yuventus"da çalışmış və öz dövründə Di Qreqorionun transfer edilməsini tövsiyə etmiş Kristiano Cuntoli maraqlıdır.
İtaliya millisinin üzvü 2024-cü ildən "Yuventus"da çıxış edir. O, 2025/26 mövsümündə 37 matçda meydana çıxıb, 36 qol buraxıb, 17 oyunda isə qapısını toxunulmaz saxlamağı bacarıb.













