Simon Minyole peşəkar karyerasını rəsmən başa vurub.

Matc.az xəbər verir ki, 38 yaşlı qapıçı bu qərarı barədə "X" sosial şəbəkəsində məlumat paylaşıb.

​Minyole futbol yolu boyu onu dəstəkləyən azarkeşlərə, komanda yoldaşlarına, klub əməkdaşlarına və hər kəsə təşəkkür edib.

​Belçikalı qolkiper karyerası ərzində belçikalı qapıçı "Sent-Trüyden", "Brügge", "Sanderlend" və "Liverpul" klublarında çıxış edib. O, ən böyük uğurlarını 2018/19 mövsümündə Çempionlar Liqasının qalibi olduğu Mersisayd təmsilçisinin ("Liverpul") heyətində qazanıb.

Bundan əlavə, təcrübəli "əlcək sahibi" ​"Brügge" ilə iki dəfə Belçika çempionu olub. O, 2010-cu ildə Belçikada ilin ən yaxşı qolkiperi seçilib. ​Simon Minyole Belçika milli komandasının forması ilə 35 matçda meydana çıxıb və 2018-ci il dünya çempionatının bürünc medallarını qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest