"Atletiko Madrid"in hücumçusu Xulian Alvares Madrid klubunun yeni müqavilə təklifini rədd edib.
Matc.az xəbər verir ki, argentinalı futbolçu karyerasını "Barselona"da davam etdirmək niyyətindədir. Bu barədə "marca" nəşri məlumat yayıb.
Madrid klubunun rəhbərliyi Alvaresə illik maaşı təxminən 10 milyon avro olan yeni sözləşmə təklif etsə də, o, əməkdaşlığı davam etdirməkdən imtina edib.
26 yaşlı forvard "Barselona"da özü üçün daha perspektivli idman layihəsi görür. Bununla belə, "Atletiko"nun maliyyə tələblərinə görə kataloniyalılar üçün bu transferi reallaşdırmaq asan olmayacaq.
Paytaxt təmsilçisi hücumçusunu ən azı 150 milyon avro dəyərində qiymətləndirir. Futbolçunun hazırkı müqaviləsi 2030-cu if ilin yayına kimidir və sözləşmədə 500 milyon avro məbləğində sərbəstqalma bəndi yer alıb.
Qeyd edək ki, Xulian Alvares 2025/26 mövsümündə bütün turnirlər daxil olmaqla 49 matçda meydana çıxıb, 20 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.










_1779793127.jpg)


