26 May 2026, 16:25
FUTBOL
İtaliyanın "Latsio" klubu Elseid Hüsayla yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Albaniyalı futbolçunun müqaviləsi başa çatıb və tərəflər sözləşməni uzatmamaq qərarına gəliblər.
Qeyd edək ki, Elseid Hüsay 2021-ci ilin yayından bəri "Latsio"da çıxış edir. 32 yaşlı sağ cinah müdafiəçisi A Seriyası təmsilçisinin heyətində keçirdiyi 131 oyunda 2 qol vurub və 4 məhsuldar ötürmə edib.













