26 May 2026, 13:55
FUTBOL
"İnter"in müdafiəçisi Alessandro Bastoni karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Defensa Central" məlumat yayıb.
İtaliyalı futbolçunun "Real"a keçmək ehtimalı var. Madrid təmsilçisinin baş məşqçisi postuna təyin olunacağı gözlənilən Joze Mourinyo Bastoni ilə əlaqə saxlayıb. 27 yaşlı mərkəz müdafiəçisi "kral klubu"nda oynamağa isti yanaşdığını deyib.
Qeyd edək ki, Alessandro Bastoni başa çatan mövsümdə "İnter"in heyətində bütün turnirlərdə keçirdiyi 40 oyunda 2 qol vurub, 6 qol ötürməsi edib.













