"Marsel"in yarımmüdafiəçisi Amin Harit "Başakşəhər"ə keçib.

Matc.az xəbər verir ki, bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb.

28 yaşlı mərakeşli futbolçu satın alma maddəsi ilə bir mövsümlük icarəyə götürülüb.

Qeyd edək ki, Harit "Marsel"in heyətində 107 oyun keçirib, 10 qol vurub, 20 məhsuldar ötürmə edib. Futbolçunun dəyəri 8 milyon avro olaraq qiymətləndirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest