"Zalzburq"un hücumçusu Kərim Konate kaaryerasını İspaniya La Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Africa Soccer" məlumat yayıb.

"Barselona" Fil Dişi Sahili millisinin üzvünü transfer etmək istəyir. İspaniya çempionu Konateni klubla 1 illik müqaviləsi qalan Robert Levandovskinin əvəzləyicisi kimi düşünür.

Kataloniya təmsilçisi 21 yaşlı forvardı gələn il heyətinə qatmağı plaanlaşdırır.

Qeyd edək ki, Kərim Konate bu mövsüm "Zalzburq"un heyətində keçirdiyi 17 oyunda 8 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest