10 Sentyabr 2025, 19:34
FUTBOL
16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünə çıxıb.
Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünə çıxıb.
U-16 millimiz Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.
Millimizin qələbə qolunu Tunar Bayramov vurub.