10 Sentyabr 2025, 10:30
FUTBOL
"İndependiente"nin yarımmüdafiəçisi Felipe Loyola karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "El Crack Deportivo" nəşri məlumat yayıb.
"Qalatasaray" çilili futbolçunu transfer etmək istəyir. İstanbul nəhəngi Loyola üçün Argentina klubuna rəsmi ttəklif göndərib.
"İndependiente" 24 yaşlı oyunçunu 15 milyon avroluq sərbəstqalma məbləğindən aşağı qiymətə satmağı düşünmür. "Qalatasaray" isə transfer daha aşağı məbləğə yekunlaşdırmağa çalışır.
Qeyd edək ki, Çili millisinin üzvü olan Felipe Loyola bu mövsüm "İndependiente"nin heyətində keçirdiyi 35 oyunda 7 qol vurub, 4 qol ötürməsi edib.