09 Sentyabr 2025, 12:56
FUTBOL
Bilbao təmsilçisinin aparıcı futbolçularından olan Niko Uilyams İspaniya millisinin DÇ-2026-nın seçmə mərhələsində Türkiyə ilə keçirdiyi oyunda (6:0) zədələnib.
UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Atletik"in heyətində ciddi itki baş verib.
Matc.az xəbər verir ki, Bilbao təmsilçisinin aparıcı futbolçularından olan Niko Uilyams İspaniya millisinin DÇ-2026-nın seçmə mərhələsində Türkiyə ilə keçirdiyi oyunda (6:0) zədələnib.
23 yaşlı vingerin 6 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, "Qarabağ"ın "Atletik"lə oyunu oktyabrın 22-də İspaniyada baş tutacaq.