"Spartak" "Fənərbaxça"nın müdafiəçisi Aleksandr Cikunu transfer edib.

Matc.az xəbər verir ki, bu barədə Moskva təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Rusiya klubu qanalı futbolçu ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Aleksandr Ciku 2023-cü ilin yayından "Fənərbaxça"da çıxış edirdi. 31 yaşlı mərkəz müdafiəçisi komandanın heyətində keçirdiyi 51 oyunda 3 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest