08 Sentyabr 2025, 14:05
FUTBOL
"Başakşehir" baş məşqçi Çağdaş Atanla yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
45 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Çağdaş Atan 2023-cü ilin sentyabr ayından "Başakşehir"i çalışdırırdı. Komanda onun rəhbərliyi altında keçirdiyi oyunlarda 47 qələbə qazanıb, 22 heç-heçə edib, 29 dəfə isə məğlub olub.