Matçın baş hakimi Konstantinos Fellas olacaq. Ona laynsmanlar Pavlos Georgiu və Giorgios Çaralampus kömək edəcək. Dördüncü hakim funksiyasını isə Dmitris Solomu yerinə yetirəcək.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Portuqaliyanın qonağı olacaq.

Matc.az xəbər verir ki, qarşılaşmanın hakim təyinatları açıqlanıb.

Oyunu Kiprdən olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Konstantinos Fellas olacaq. Ona laynsmanlar Pavlos Georgiu və Giorgios Çaralampus kömək edəcək. Dördüncü hakim funksiyasını isə Dmitris Solomu yerinə yetirəcək.

Qeyd edək ki, Portuqaliya - Azərbaycan görüşü sentyabrın 5-də keçiriləcək və Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest