İspaniyanın "Vilyarreal" klubu Fransanın "Lion"undan Gürcüstan millisinin hücumçusu Georges Mikautadzeni transfer etdiyini açıqlayıb.

Matc.az xəbər verir ki, klublar transferlə bağlı razılığa gəliblər və futbolçu ilə altı mövsümlük - 2031-ci ilin yayına qədər müqavilə imzalanıb.

"Vilyarreal" Mikautadzenin transferi üçün 31 milyon avro ödəyəcək.

Qeyd edək ki, Mikautadze ötən yaydan "Lion"da çıxış edirdi. Hücumçu əvvəllər Fransanın "Metz" və Niderland "Ayaks"ının rənglərini qoruyub. Ötən mövsüm gürcü futbolçu "Lion"un heyətində bütün turnirlərdə 47 matçda 17 qol vurub və 11 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest