08 Avqust 2025, 19:37
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				 
 
"Lens" "Udineze"nin hücumçusu Florian Tauvini heyətinə qatıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmədi paylaşıb.
Bildirilir ki, İtaliya klubu 32 yaşlı futbolçu üçün 6 milyon avro ödəyib, futbolçunun özü isə 3 illik müqavilə imzalayıb.
Xatırladaq ki, futbolçu ən çox "Marsel"in heyətində çıxışı ilə məşhurlaşıb və o, İngiltərənin "Nyukasl" və Meksikanın "Tiqres" komandalarında da çıxış edib. Ötən mövsüm futbolçu "Udineze"nin heyətində A Seriyasında 25 matçda 8 qol vurub.

            
 










