08 Avqust 2025, 10:55
                
                
                
                                FUTBOL 
                                
                
               
              Zamiq Əliyev də bu matçın iştirakçısı olub. Görüşə start heyətində başlayan 24 yaşlı mərkəz müdafiəçisi 90 dəqiqə meydanda qalıb.
				 
 
UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları keçirilib.
Matc.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" Sloveniyada "Olimpiya"nın qonağı olub. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Zamiq Əliyev də bu matçın iştirakçısı olub. Görüşə start heyətində başlayan 24 yaşlı mərkəz müdafiəçisi 90 dəqiqə meydanda qalıb.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu 14 avqust tarixində Albaniyada baş tutacaq.

            
 










