05 Avqust 2025, 18:32
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				 
 
"Brügge"nin yarımmüdafiəçisi Ardon Yaşari karyerasını İtaliya A Seriyasında davam etdirməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Milan" İsveçrə millisinin üzvünün keçidini yekunlaşdırmaq üzrədir. Belçika klubu "qırmızı-qaralar"ın 39 milyon avroluq təklifini qəbul edib.
Qeyd edək ki, Ardon Yaşari ötən mövsüm "Brügge"nin heyətində keçirdiyi 43 oyunda 4 qol vurub, 6 qol ötürməsi edib.

            
 







_1762210118.jpg)


