01 Avqust 2025, 13:56
FUTBOL
UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Levski" (Bolqarıstan) – "Sabah" qarşılaşmasının hakimləri bəlli olub.
Matc.az xəbər verir ki, bu bərədə məlumatı UEFA-nın rəsmi saytı paylaşıb.
Bildirilir ki, oyunu Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Duje Strukan olacaq. Ona yan xətdə Alen Jakşiç və Marjan Tomas kömək edəcək. Dördüncü hakim funksiyasını Ante Terzić yerinə yetirəcək. VAR-da Mario Zebec, AVAR-da Ante Culjak əyləşəcək.
Qeyd edək ki, avqustun 7-də Sofiyada keçiriləcək "Levski" - "Sabah" oyunu Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab qarşılaşması avqustun 14-də Bakıda olacaq.