"Bolonya" və İsveçrə millisinin vingeri Dan Ndoye "Nottingem Forest"lə müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 24 yaşlı futbolçu ilə müqavilə 5 il - 2030-cu ilin yayına qədər nəzərdə tutulub. Müqavilədə daha bir mövsüm uzadılması variantı var. Transfer dəyəri açıqlanmayıb, lakin mətbuatda yayılan xəbərlərə görə, isveçrəli "Nottingem Forest"ə 40 milyon avroya başa gələcək.

Qeyd edək ki, 2023-cü ilin yayında "Bolonya" Ndoye üçün "Bazel"ə 10 milyon avro verib. Ötən mövsüm cinah oyunçusu bütün turnirlərdə 41 matçda 9 qol vurub, 6 məhsuldar ötürmə edib. Ndoye İsveçrə millisində 22 oyunda 3 qola imza atıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest