"Qalatasaray" 2 futbolçusu ilə yeni müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, İstanbul təmsilçisi bununla bağlı Türkiyə Futbol Federasiyasına (TFF) bildiriş göndərib.

"Sarı-qırmızılar" Abdulkerim Bardakçının sözləşməsini 2027-ci ilin yayına kimi uzadıb. Kaan Ayhanla isə isə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, 2022-ci ilin iyul ayından, Kaan Ayhan 2023-cü ilin yanvarından "Qalatasaray"da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest