"Eyüpspor" "Adanaspor"dan ayrılan Metehan Altunbaşı heyətinə qatıb.

Matc.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Türkiyə U-21 millisinin üzvü ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Metehan Altunbaş ötən mövsüm "Adanaspor"un heyətində 1-ci Liqada keçirdiyi 33 oyunda 4 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest