"Milan"dan ayrılan Devis Vaskes A Seriyasında qalacaq.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Roma" kolumbiyalı qapıçı ilə razılıq əldə edib. 27 yaşlı qolkiper tezliklə paytaxt təmsilçisi ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Devis Vaskes ötən mövsüm icarə əsasında "Empoli"nin formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest